Türkiyə film və seriallarının yaraşıqlı aktyorlarının illər əvvəlki fotoları sosial şəbəkələrdə maraqla qarşılanıb.
Milli.Az xəbər verir ki, bir vaxtlar ekran qarşısında milyonlarla tamaşaçının diqqətini çəkən sənətçilərin karyeralarının ilk illərində lentə alınmış görüntüləri son dövrlərə aid fotoları ilə müqayisə edilib.
Aktyorların gənclik illərindəki saç düzümləri, geyim tərzləri və xarici görünüşlərindəki dəyişikliklər diqqətdən yayınmayıb. İllər ərzində həm görünüşləri, həm də canlandırdıqları obrazlarla fərqli mərhələlərdən keçən sənətçilərin arxiv fotoları izləyicilər arasında maraqlı müzakirələrə yol açıb.
Paylaşılan müqayisələr Türkiyə ekranlarının sevilən aktyorlarının zamanla necə dəyişdiyini bir daha göz önünə sərib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)






















