Müğənni Günay İbrahimlinin növbəti paylaşımı müzakirə yaradıb.
Milli.Az olay-a istinadən xəbər verir ki, Günayın dekolteli geyimi istifadəçilər tərəfindən birmənalı qarşılanmayıb. Buna səbəb isə onun Xalq artisti Tünzalə Ağayevanın libasına irad bildirməsi olub.
İzləyicilər Günaya sözügedən açıqlamasını xatırladıb. Bundan əlavə "Səndən belə açıq geyim gözləmirdim" kimi şərhlər yazanlar da olub.
İbrahimlinin qara libasının sinə və göbək hissəsi dekoltelidir.
Xatırladaq ki, Günay bir müddət əvvəl "Xəzər axşamı" verilişində bunları söyləmişdi:
"Tünzalə xanım sevdiyim, sənəti olan ifaçımız, Xalq artistimizdir. Mənim də uğursuz geyimlərim olur. Dekolte bir yerdə olanda yaxşıdır, ümumiyyətlə qadın qapalı geyinəndə gözəl görünür. Mənim də uğursuz geyimlərim olur. Hamısı sənət yoldaşlarımdır, hər biri ilə münasibətim çox yaxşıdır. Burada reallıqdan danışırıqsa, gərək səmimi fikirlərimi deyim. Yalandan desəm ki, bəyənirəm, tamaşaçılar üz ifadəmdən anlayacaq".
Milli.Az