Aktrisa rolunun bəlasına düşdü - Onu küçə qadını hesab edirlər

Aktrisa rolunun bəlasına düşdü - Onu küçə qadını hesab edirlər

"Dilbər" filmi ilə tamaşaçıların diqqətini yenidən özünə çəkmiş aktrisa Hazal Ergüclü maraqlı açıqlama verib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, pavyonda rəqqasəlik edən yüngül xarakterli qadın obrazını yaratmış Hazala bu filmdən sonra münasibət birmənalı olmayıb.

O, küçəyə çıxarkən yaşlı nəsil insanlar tərəfindən çox qınandığını bildirib.

"Heç kimə başa sala bilmirəm ki, o, mən deyiləm, obrazdır. Küçədə yaşlı bir kişi mənə yanaşıb dedi ki, iki oğlum var, Allah sənin kimi qadından qorusun onları. Heyrət elədim dedim ki, əmi, sən yanlış anlamısan. Sabahı gün sosial şəbəkədə bir gənc oğlan mənə yazıb ki, atam səndən inciyib, nə üçün ona dünən "əmi" deyə xitab eləmisən? Belə insanlarla qarşılaşmağa məcbur edib Dilbər rolu məni", deyə Hazal bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun