Hazırda Ukraynada olan aktrisa Ancelina Coli oğlu ilə birlikdə Xarkova gedib.
OLAY yazır ki, bu barədə Ukrayna Boks Federasiyasının mətbuat xidməti məlumat yayıb.
51 yaşlı aktrisa oğlu ilə birlikdə şəhərdəki boks klublarından birinə baş çəkib. Orada 18 yaşlı Noks ukraynalı idmançılarla birlikdə tay boksu üzrə məşqdə iştirak edib.
Məşqdən sonra Coli klubun xüsusi köynəyinin üzərinə öz imzasını atıb.


Mənbə:
olay.az
















