Elgiz qadın müğənnini BİABIR ETDİ: “Türklər ona baxıb dedilər ki, başı işləmir”

Elgiz qadın müğənnini BİABIR ETDİ: “Türklər ona baxıb dedilər ki, başı işləmir”

"Sənəti olmayan bir qadın müğənni var. Onun adını çəkməyəcəyəm. O qadın müğənni ilə türk kanallarının birinə verilişə çıxmışdım. Aparıcı efirdə bu "qara gün"ə, müğənniyə sual verir ki, filankəs xanım, Türkiyə sizin üçün necə bir ölkədir? O, əlini "oyana-buyana" fırladaraq "Bulan bulur da" cavabını verdi. İnsan verilişə gəlməzdən əvvəl türk dilini biraz inkişaf etdirər, araşdırar. Axı, "bulan bulur" nə sözdür belə?" 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri Elgiz Əkbər aparıcısı olduğu "Elgizlə izlə" verilişində deyib. 

  • Rəşad Dağlının qətl törətdiyi avtomobili bu qiymətə satışa çıxarıldı - VİDEO
  • "Doğuş telefonu yerə qoyan kimi gecə saat 2-də... "
     

E.Əkbər adını açıqlamadığı bir qadın ifaçı ilə Türkiyədə səfərdə olarkən onun səsləndirdiyi fikirləri efirdə müzakirə edərək, onu biabır edib: 

"Veriliş bitəndən sonra kanalın işçiləri toplaşıb həmin müğənniyə sual verdilər ki, filankəs xanım, Bakıda gecə həyatı necədir? Bu isə cavabında "Bizdə bir saray var. Onun yanında isə bir market var. O market isə 24 saat işləyir, yəni səhərə qədər işləyir". Bu cavabdan sonra kanalın işçiləri təəccüblü sifətlə bir-birinə baxdılar. Mənim isə başım gicəllənən kimi oldu. Daha sonra həmin bu qadın müğənni İstanbulda məkanların birində konsert proqramı ilə çıxış etdi. Konsert səhərə yaxın saat 05:00-da bitdi.

Biz də səhərə yaxın otelə qayıtdıq. Yolda otelə qayıdarkən görür ki, günəş çıxıb və küçələrdə artıq insanların sayı çoxalıb. Bunu görən həmin müğənni maşında mənə baxıb dedi ki, burada insanlar lap tezdən işə getdikləri üçün günəş tez çıxır. Özü də bunu türk dilində dedi. Bizimlə birgə maşında olan türk bunun sözlərini eşidib dedi ki, bu müğənninin başı işləmir, xəstədir.
Bu müğənninin sözlərindən belə çıxdı ki, günəş sifarişlə çıxır. Bütün bunlara rəğmən zalım qızının əlinə mikrofonu ver, dur kənarda. Oxusun, amma danışmasın. Sən atanın goru, bu müğənni ağzını açıb danışmasın, yalnız oxusun. Allah hamıya hər şeyi vermir. Kiməsə gözəl səs, kiməsə də ağıl". 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun