Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Azərbaycan SSR Əməkdar incəsənət xadimi, ssenarist, şair, tərcüməçi Alla Axundova vəfat edib.
OLAY yazır ki, bu barədə APA-ya Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin sədri Abuzər Bağırov məlumat verib.
Qeyd edək ki, Alla Axundova 1939-cu ildə Moskvada anadan olub. O, 2003-cü ildən Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü idi.
A.Axundova “Şərikli çörək” və “Alma almaya bənzər” filmlərinin ssenari müəllifidir.
Mənbə:
olay.az

















