Əməkdar artist Mehriban Xanlarova Türkiyəyə yollanıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə sənətçi sosial şəbəkədə məlumat yayıb. O, qardaş ölkədə lentə alınan filmdə baş rola dəvət aldığını bildirib:
"Səfərim Türkiyənin İstanbul şəhərinədir. Qardaş ölkədə filim çəkilişi ilə bağlı baş rola dəvət almışam. Hər kəsə bol-bol uğurlar arzulayıram. Çəkiliş zamanı paylaşım edəcəyəm".
Milli.Az