Müğənni Rəqsanə İsmayılovanın son görüntüsü sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Milli.Az-ın məlumatına görə, sənətçinin həmkarlarından biri onunla birlikdə çəkdirdiyi fotonu sosial media hesabında paylaşıb. Görüntüdə Rəqsanə İsmayılovanın heç bir filtr və xüsusi effekt tətbiq olunmadan çəkildiyi diqqət çəkib.
Sənətçinin təbii görünüşü sosial şəbəkə istifadəçilərinin diqqətindən yayınmayıb. Foto qısa zamanda müxtəlif reaksiyalarla qarşılanıb və izləyicilər Rəqsanə İsmayılovanın görüntüsü barədə fikirlərini bölüşüblər.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Mənbə:
news.milli.az
















