Röya Ayxandan Anım günü ilə bağlı paylaşım - (Video)

Röya Ayxandan Anım günü ilə bağlı paylaşım - (Video)
Röya Ayxandan Anım günü ilə bağlı paylaşım - (Video)

Röya Ayxan şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib. 

Milli.Az xəbər verir ki, xalq artisti Röya Ayxan 27 Sentyabr - Anım Günü münasibətilə Zəfər parkını ziyarət edib. Sənətçi ziyarətdən görüntüləri sosial media hesabında paylaşaraq şəhidlərimizin xatirəsinə dərin ehtiramını ifadə edib.

"Bu torpaq uğrunda canından keçən bütün şəhidlərimizi dərin ehtiram və sonsuz minnətdarlıqla yad edirəm. Onların əziz xatirəsi hər zaman qəlbimizdə yaşayacaq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!"

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Mənbə: news.milli.az