21-ci əsrin ən çox izlənilən serialları

21-ci əsrin ən çox izlənilən serialları
21-ci əsrin ən çox izlənilən serialları

"The New York Times" XXI əsrin ən yaxşı seriallarını müəyyənləşdirib.

Milli.Az xəbər verir ki, siyahı 500-dən çox aktyor, prodüser, ssenarist və televiziya sənayesi nümayəndəsinin iştirakı ilə keçirilən səsvermə əsasında hazırlanıb. Qiymətləndirməyə 1 yanvar 2000-ci ildən sonra yayımlanmağa başlayan seriallar daxil edilib.

Siyahının ilk pilləsində Vince Gilliqanın yaratdığı "Breaking Bad" qərarlaşıb. İkinci yeri "The Wire", üçüncü yeri isə "Mad Men" tutub.

İlk 10-luq belə sıralanıb:

"Breaking Bad" 

"The Wire" 

"Mad Men" 

"Succession"

"Fleabag"

"Game of Thrones"

"Veep"

"30 Rock"

"Curb Your Enthusiasm"

"Atlanta"

Qeyd edək ki, 1999-cu ildə yayımlanmağa başlayan "The Sopranos" serialı siyahıya daxil edilməyib. Səbəb isə araşdırmada yalnız 2000-ci ildən sonra ekranlara çıxan layihələrin nəzərə alınmasıdır.

Məşhur "The Office" serialı 11-ci, onun Britaniya versiyası isə 16-cı sırada yer alıb. "Better Call Saul" 27-ci, "Andor" 32-ci, "Watchmen" isə 39-cu pillədə qərarlaşıb.

Səsvermədə Elisabet Moss, Bryan Kranston, Kolman Dominqo, Cason Bateman və Rose Birne kimi aktyorlarla yanaşı, Damon Lindelof, Lena Dunham, Lena Uaize və Noah Hauley kimi prodüser və ssenaristlər də iştirak edib. (axşam.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Mənbə: news.milli.az