“Alfonsları sevirəm…”

“Alfonsları sevirəm…”
“Alfonsları sevirəm…”

Rusiyalı aktrisa İrina Qorbaçova keçmişdə kişilərlə yaşadığı münasibətlərin xüsusiyyətlərindən danışıb.

OLAY yazır ki, aktrisa etiraf edib ki, özündən daha az qazanan kişilər onu daha çox cəlb edir. Onun sözlərinə görə, kişinin maddi baxımdan ondan asılı olması münasibətlər üzərində nəzarət hissi verib.

Qorbaçova açıqlamasında “Mən alfonsları sevirəm. Mənim kimi qadınlar üçün alfonsu sevmək çox sərfəlidir. Aqressiv davranan birinə qarşı səbri tükənmiş qadınlar üçün bu belədir. Ona görə də kişi məndən nə qədər çox asılı olsa, mənim üçün bir o qədər rahatdır. Bu, mənə çox xoş gəlir. Məni qane edir. Mən deyirəm, mən edirəm, son söz mənim olur. Üstəlik, özümü belə nəcib biri kimi hiss edirəm” deyə bildirib.

Mənbə: olay.az