Pünhan Piriyevin toyundakı rəqsləri gündəm oldu - (Video)

Pünhan Piriyevin toyundakı rəqsləri gündəm oldu - (Video)
Pünhan Piriyevin toyundakı rəqsləri gündəm oldu - (Video)

Xəbər verdiyimiz kimi, müğənni Pünhan Piriyevin bir neçə gün əvvəl baş tutan toy mərasimi sosial şəbəkələrdə geniş müzakirə olunur.

Milli.Az-ın məlumatına görə, toydan çəkilən görüntülər mərasimdən bir neçə gün keçməsinə baxmayaraq sosial şəbəkələrdə paylaşılmaqda davam edir. Xüsusilə sənətçinin ailə üzvləri və məclis iştirakçıları ilə birlikdə etdiyi şıdırğı rəqslər diqqət çəkib.

Pünhanın toyda yüksək əhval-ruhiyyə ilə rəqs etməsi və məclis iştirakçıları ilə səmimi görüntüləri izləyicilərin marağına səbəb olub.

Sözügedən görüntülər sosial şəbəkələrdə qısa müddətdə yayılıb və istifadəçilər tərəfindən bəyənilib. İzləyicilər sənətçinin toy mərasimindəki enerjili performansına müxtəlif reaksiyalar bildiriblər.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Mənbə: news.milli.az