Cenifer Lopezin Milanda "balkon görüntüsü" müzakirə yaratdı - (Video)

Cenifer Lopezin Milanda "balkon görüntüsü" müzakirə yaratdı - (Video)
Cenifer Lopezin Milanda "balkon görüntüsü" müzakirə yaratdı - (Video)

Dünyaca məşhur müğənni və aktrisa  Cennifer Lopez Milan Moda Həftəsi üçün İtaliyanın Milan şəhərində olarkən görüntülənib.

Milli.Az-ın məlumatına görə, CeyLo şəhərdə qaldığı otelin balkonunda Milan mənzərəsini seyr edərkən kameralara tuş gəlib. Sənətçinin sakit anları obyektivlərə əks olunub.

Makiyajsız və gündəlik görünüşdə olan Lopezin görüntüləri sosial şəbəkələrdə də diqqət çəkib.

Paylaşılan kadrlarda müğənninin otelin balkonunda şəhəri izlədiyi anlar maraq doğurub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Mənbə: news.milli.az