Qumral: “Əslində heç kimsiniz, fikirləriniz önəmli deyil" - (Video)

Qumral: “Əslində heç kimsiniz, fikirləriniz önəmli deyil" - (Video)
Qumral: “Əslində heç kimsiniz, fikirləriniz önəmli deyil" - (Video)

Müğənni Qumral Musayeva canlı efir zamanı ünvanına mənfi və təhqiramiz şərhlər yazan izləyicilərə sərt cavab verib.

Milli.Az-ın məlumatına görə, sənətçi bildirib ki, onun haqqında mənfi fikirlər yazan şəxslərin rəyləri üçün heç bir əhəmiyyət daşımır. Qumral Musayeva həmin şəxsləri özlərinə hörmət etməyə çağırıb.

Müğənni açıqlamasında bu sözlərin məhz pis şərh yazanlara ünvanlandığını vurğulayıb.

"Əslində heç kimsiniz. Fikirləriniz mənim üçün önəmli deyil. Bu sözlərim pis şərh yazanlaradır. Özünüzə hörmət edin. Həmin adamları da tapanda uşaqlarının üstünə atırlar ki, onlar edib", - deyə Qumral Musayeva bildirib.

Sənətçinin bu fikirləri canlı yayımın izləyiciləri arasında müzakirələrə səbəb olub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Mənbə: news.milli.az