Türkiyəli məşhur müğənni Əmrahın oğlu Tayfun Erdoğan Azərbaycana gəlib.
Milli.Az xəbər verir ki, o, həyat yoldaşı Eda İrapla birlikdə Zaqatalaya yollanıb. Tayfun səfəri zamanı gəzdiyi yerlərin gözəlliyindən danışıb.
Qeyd edək ki, Tayfun Əmrahın Ebru Çolakdan olan oğludur. Ata-oğulun uzun müddətdir görüşmədiyi bildirilir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Mənbə:
news.milli.az
















