“Tək gəlir yerim musiqidir”

“Tək gəlir yerim musiqidir”
“Tək gəlir yerim musiqidir”

İnvestisiya fondu araşdırması çərçivəsində həyat yoldaşı Melis Sütşurup Sandal və qayınatası Cihan Sütşurupun əmlaklarına həbs qoyulmasından sonra Mustafa Sandal konserti zamanı məsələ ilə bağlı açıqlama verib.

OLAY yazır ki, Sandal “Mənim heç bir şəkildə, əsla və qətiyyən fond alışım, satışım olmayıb, hər hansı bir fonda da heç bir aidiyyətim yoxdur. Bunu gözlərinizin içinə baxaraq deyirəm. 33 ildir mənim yeganə gəlir mənbəyim sizin təqdiriniz sayəsində musiqi olub. Başqa gəlir mənbəyim yoxdur” deyə bildirib.

Sandalın sözləri pərəstişkarları tərəfindən alqışlarla qarşılanıb.

“Tək gəlir yerim musiqidir”
Mənbə: olay.az