Alsunun bakılı əri ona məşhur modellə xəyanət edib - İddia

Alsunun bakılı əri ona məşhur modellə xəyanət edib - İddia

Rusiyalı müğənni Alsu və bakılı iş adamı Yan Abramovun boşanmasına dair yeni iddia ortaya çıxıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə "StarHit" nəşri yazıb.

İddiaya görə, cütlüyün münasibətlərinin pozulmasına səbəb model Anastasiya Reşetova olub, lakin o bunu inkar edir.

Reşetova ictimaiyyəti inandırmağa çalışır ki, heç vaxt evli kişi ilə münasibət qurmaz. Alsu isə Anastasiyanın açıqlamalarına instaqram səhifələrinin birində bu şərhi yazıb: "Yalan danışır". O, şərhini göz vuran smaylla tamamlayıb.

Hələ ötən yay Yan Abramovun Alsuya model Anastasiya Reşetova ilə xəyanət etdiyi deyilirdi. Həmin vaxt sosial şəbəkə izləyiciləri model və müğənni arasında zahiri oxşarlığa fikir vermişdilər.

Bu bənzətmələr Alsunun xətrinə dəyirdi. "Məni kiminləsə müqayisə edəndə bilin ki, orijinal olan mənəm", - o, bloqunda yazmışdı. 

Anastasiya isə zahiri görünüşü ilə bağlı tənqidlərə cavab vermir, şəxsi həyatını şərh etməməyə üstünlük verirdi. Bununla belə Reşetova əmin edirdi ki, özündən 3 yaş böyük kişi ilə münasibətdədir. Alsunun əri isə bu parametrə uyğun gəlmir, çünki Anastasiyanın indi 28, Yan Abramovun isə 46 yaşı var.

Daha sonra model açıqlama vermişdi ki, evli kişilər onu cəlb etmir və onlarla münasibət qurmaq niyyətində deyil.

Xatırladaq ki, Alsu və Y. Abramov 2006-cı il martın 18-də evləniblər. Onların bu evlilikdən Safina, Mikella və Rafael adlı üç övladı var. Cütlüyün boşanması haqda xəbərlər bu il mayın 27-də yayılıb. Müğənninin məhkəməyə müraciəti aidiyyəti qurumun saytında yer alıb. Cütlük 18 illik evliliyinə son qoymaq istəyir.

Alsu bu haqda qısa açıqlama verib: "Hər şey yaxşıdır! Mən şərh vermirəm, amma hər şey yaxşıdır".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun