"Mən konkret insanam və özümə qarşı laqeydliyi xoşlamıram. Mən Şəbnəm Tovuzludan özümə qarşı olan münasibəti laqeydlik kimi qəbul edirəm. Mən ona mahnı və sözlərini atıram, o isə qəbul etmir. İndi Şəbnəmdən haqqımda sorğu-sual etsən, inanmıram ki, həm sənətim, həm də insanlığım haqda pis bir fikir bildirsin".
Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri meyxanaçı Tərlan Novxanı qonaq olduğu "Rəngarəng səhər" verilişində deyib.
Sənətçi duet ortağı Şəbnəm Tovuzludan gileylənib. O bildirib ki, qarşı tərəf ona laqeyd münasibət göstərir:
"Mən pis danışmıram, olan şeyi deyirəm. Xoşagəlməyən hadisələr baş verir. Məni yola vermək lazım deyil. Konkret danış! Şəbnəm, məni yola vermə. Ya hə de, ya da yox. Ya alınır ya da ki yox. Dünya dağılmayacaq ki... Mənim bu mövzunu qalmaqala çevirmək kimi niyyətim və istəyim yoxdur. Şəbnəm sənət yoldaşım, dostumdur və xətrini istədiyim insandır. Bundan sonra əgər Şəbnəm mənə desə ki, gəl duet oxuyaq, artıq mənim də tələblərim başqa cür olacaq. Xeyr, pul istəməyəcəyəm. Mahnını verib deyəcəyəm ki, get hazırla vaxtım olanda gəlib oxuyacağam. Yəni belə olacaq. Onsuz da hər ikimizin işi çoxdur. Tarazlayıb bir araya salıb duetlərimizi səs yazma studiyasında yazdırırdıq. Belə bir şey yoxdur ki, mən işimi atım gedib onunla mahnı yazdırım".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun