Şöhrət Məmmədov Azərbaycanla vidalaşdı – (Video)

Şöhrət Məmmədov Azərbaycanla vidalaşdı – (Video)
Şöhrət Məmmədov Azərbaycanla vidalaşdı – (Video)

Müğənni Şöhrət Məmmədovun Azərbaycanı tərk etməsi diqqət çəkib.

Milli.Az-ın məlumatına görə, sənətçi hava limanından paylaşım edərək ölkə ilə vidalaşıb. O, səfərə gizli şəkildə çıxmaq istədiyini, lakin dostlarının bundan xəbər tutaraq onu tək qoymadıqlarını bildirib.

Şöhrət Məmmədov hava limanına gələrək onunla vidalaşan dostlarını da izləyicilərinə göstərib. Onların arasında sənətçinin həmkarları, o cümlədən xanəndə Alma xanım Əhmədova da yer alıb.

Müğənninin bu qərarı və Azərbaycanı tərk etməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Mənbə: news.milli.az