"Bu olanda müğənni tamaşaçıdan, televiziyadan küsür"

"Bu olanda müğənni tamaşaçıdan, televiziyadan küsür"

"İnsan bölüşməyi bacarmalıdır. Bir insan fikrini bölüşüb tamaşaçıya çatdıranda izləyici onu tanımağa başlayır. Bəzən düzgün olmayanda tamaşaçı səni tanımır. Bu yaxınlarda bir müsahibəm var idi, gördüm ki, aparıcıya düzgün fikir çatdırmadım. Əsəbləşdim ki, axı mən belə adam deyiləm. Amma səhv cavab vermişəm".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Xatirə islam "Səhər görüşləri" verilişində deyib. İfaçı verilişlərdən gileylənib. O bildirib ki, tamaşaçıların sənət adamlarına olan aqresiyasının səbəbi aparıcılardır:

"İnsan rahat olanda bölüşə, fikrini çatdıra bilir. Tamaşaçı səni başa düşür. Düzgün danışmayanda tamaşaçıda sənə aqresiya yaranır. Tamaşçı ilə sənət adamları arasında aqressiya var. Bunu da aparıcılar, verilişlər, sosial şəbəkələr edir. Bu, başlıqla tamaşaçı başlayır aqressiyasını sənətçiyə tökür. Bu da olanda müğənni küsür və efirə gəlmir, tamaşaçıdan, televiziyadan küsür. Əgər fikrimi düzgün ifadə edə bilməyəcəyəmsə, gəlməyim da. Hamını çox sevirəm, amma rahat olmadığım yerə getmirəm".  

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun