Müğənni Camal Qasımov beynəlxalq səhnədə növbəti uğura imza atıb.
OLAY yazır ki, Qafqazın ən böyük musiqi festivallarından olan “DreamFest”də çıxışından sonra sənətçi Asiyada ilk dəfə keçiriləcək “Eurovision Song Contest Asia” mahnı müsabiqəsinin rəsmi açılış proqramına fəxri qonaq kimi dəvət alıb.
Bu barədə “Zoop Club”ın rəsmi sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Camal Qasımov noyabrın 14-də Tailandın paytaxtı Banqkokda baş tutacaq tədbirdə səhnəyə çıxacaq. Bu dəvət ifaçıya beynəlxalq auditoriya qarşısında çıxış etmək və yaradıcılığını daha geniş miqyasda təqdim etmək imkanı yaradacaq.
Qeyd edək ki, Camal Qasımov İtaliyada keçirilən “Sanremo Junior” beynəlxalq mahnı müsabiqəsində “Affirmation” mahnısı ilə Azərbaycanı təmsil edərək ilk üçlükdə yer qazanmışdır.

















