"İnci taneleri"nin aktyoru səssiz-sədasız evləndi - (Foto)

"İnci taneleri"nin aktyoru səssiz-sədasız evləndi - (Foto)
"İnci taneleri"nin aktyoru səssiz-sədasız evləndi - (Foto)

Türkiyəli aktyor Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur Topugil ilə ailə qurub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 66 yaşlı aktyorun bir müddət əvvəl yaxınlarının iştirakı ilə sadə mərasimlə nikah masasına oturduğu məlum olub.

Güven Kıraç ötən günlərdə "Uçurtmanın Kuyruğu" tamaşasının qala gecəsinə xanımı ilə qatılıb.

Qeyd edək ki, aktyor sonuncu dəfə "İnci taneleri" serialında rol alıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

"İnci taneleri"nin aktyoru səssiz-sədasız evləndi - (Foto)
Mənbə: news.milli.az