“Arvadı Şahrux Xanı mənə qısqanırdı”

“Arvadı Şahrux Xanı mənə qısqanırdı”
“Arvadı Şahrux Xanı mənə qısqanırdı”

Müğənni Nura Suri maraqlı post paylaşıb.

OLAY yazır ki, sənətçi yuxuda Şahrux Xanı gördüyünü yazıb. Nura Feysbuk statusunda bu sözləri qeyd edib:

“Gecə yuxumda Şahrux Xanı görmüşəm. Özü də arvadı onu mənə qısqanırdı. Dəniz kənarında moda nümayişidir, mən də podiuma çıxmalıyam. Məni tələm-tələsik elə gözəl geyindirib bəzəyirlər ki… Bir də baxıram, Şahrux Xan yanımdadır, mənə xüsusi diqqət ayırır, arvadı da qısqanır. Əməlli-başlı flirt, isti münasibət, dəniz… Həngamədir, aləm dəyib bir-birinə . Hələ də özümə gələ bilmirəm. Ay Allah, Şahrux Xan nə əlaqə, arvadının məni qısqanması nə əlaqə?! Gecə yatıb yuxu görmüşəm, yoxsa Bollivudda filmə çəkilmişəm? Bəlli deyil”.

Mənbə: olay.az