Xuraman Əlizadə atasından danışıb ağladı: "Su da içə bilmir" - (Video)

Xuraman Əlizadə atasından danışıb ağladı: "Su da içə bilmir" - (Video)
Xuraman Əlizadə atasından danışıb ağladı: "Su da içə bilmir" - (Video)

Aktrisa Xuraman Əlizadə ailəsində yaşanan çətinlikdən söz açıb.

Milli.Az xəbər verir ki, sənətçi sosial şəbəkədəki canlı yayımında atasının səhhətinin yaxşı olmadığını açıqlayıb. O, son vaxtlar insanlara qarşı aqressiv davranmaqda ittiham edilməsinin səbəbini də yaşadığı narahatlıqla əlaqələndirib.

Atasının vəziyyətindən danışan aktrisa duyğularını cilovlaya bilməyib və kövrələrək valideynlərin qədrini sağlıqlarında bilməyin vacibliyini vurğulayıb.

"Deyirlər ki, çox aqressivsən. Amma məcburam. Allah bütün valideynlərə şəfa versin. Vaxtında qədrini bilin. İndi heç nə edə bilmirik. Nə edə bilərik? Əməliyyatlıq da deyil, 74 yaşı var, olmaz. 80, 90 yaşı da olsa, valideyndir", - deyə Xuraman Əlizadə bildirib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Mənbə: news.milli.az