Firəngiz Mütəllimova ailə qurmamasının səbəbini açıqladı

Firəngiz Mütəllimova  ailə qurmamasının səbəbini açıqladı
Firəngiz Mütəllimova ailə qurmamasının səbəbini açıqladı

Xalq artisti Firəngiz Mütəllimova "Görüş yeri" verilişində şəxsi həyatı ilə bağlı açıqlama verib.

Milli.Az xəbər verir ki, sənətçi ailə həyatı qura bilməməsinin səbəbindən danışıb:

"Mən gənc qız idim. Ailə həyatı qura bilmədim. Niyə? Çünki elə düşünürdüm ki, hamı "Səni axtarıram" teletamaşasında canlandırdığım "Gülnar"ı sevir, məni yox. İnsanlardan uzaqlaşdım, bir az inamım azaldı. Qohumlarımdan da uzaqlaşdım. Dedim ki, bunlar hamısı "Gülnar"ı sevir.

O vaxt bəlkə də, teatrda yeşiklərlə məktublar alırdım. Həmin dövrdə mobil telefon yox idi. Məktublar, əlində güllə dayanıb gözləyənlər var idi. Amma peşman deyiləm, o mənim alın yazım idi. Taleyim, qismətim idi". (Axşam.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Mənbə: news.milli.az