Müğənni Tacir Şahmalıoğlu oğlu ilə birlikdə efirə çıxaraq tamaşaçılara musiqi dolu anlar yaşadıb.
Milli.Az xəbər verir ki, ata-oğulun duet ifası isə studiyada kövrək məqamlara səbəb olub.
"Qonaqcanlı" verilişində baş tutan ifa zamanı müğənni Yeganə Mürsəlova duyğularını cilovlaya bilməyib və göz yaşlarına hakim olmayıb.
Qeyd edək ki, səhhətində yaranan problemlərdən sonra ilk dəfə efirə çıxan Tacir Şahmalıoğlu vəziyyətinin hazırda normal olduğunu bildirib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Mənbə:
news.milli.az
















