Supermodel İrina Şeyk “Donna Karan” brendinin yeni reklam kampaniyasında çəkilib.
OLAY yazır ki, brend 40 yaşlı modelin iştirakı ilə çəkilmiş fotoları sosial şəbəkələrdə təqdim edib. Qeyd edək ki, İrina daha əvvəl də Klaudiya Şifferlə birlikdə brendin çəkilişlərində iştirak edib.
Fotolarda İrina iki qara libasda poz verib: bud hissəsində yarığı və heykəltəraşlıq üslublu qızılı detalları olan uzun don, eləcə də asimmetrik üst hissəyə malik midi libas.




Mənbə:
olay.az
















