Əməkdar artist Rafael İsgəndərov Rusiyada baş tutan konsert səfərindən sonra bəzi media səhifələrinin fəaliyyətindən narazılığını ifadə edib.
Milli.Az xəbər verir ki, aktyor kollektivlə birlikdə Rusiyanın müxtəlif şəhərlərindən birində 11 gün davam edən konsert proqramında iştirak edib. Vətənə döndükdən sonra səfərin nəticələrinə və əldə etdikləri uğura diqqət ayrılmadığını deyən Rafael bəzi sayt və sosial şəbəkə səhifələrini qınayıb.
Aktyor bildirib ki, şəxsi həyatına aid paylaşımlarını operativ şəkildə yayımlayan platformalar bu dəfə onların uğurunu görməzdən gəlib:
"Ailəmlə şəkil paylaşan kimi götürüb paylaşan saytlar, səhifələr bu uğurumuzu paylaşmadılar".
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Mənbə:
news.milli.az
















