Sinan Özen qəzaya düşdü - (Foto)

Sinan Özen qəzaya düşdü - (Foto)
Sinan Özen qəzaya düşdü - (Foto)

Türkiyəli müğənni Sinan Özen avtomobil qəzasına düşüb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, hadisə noyabrın 3-də ifaçı Tokatda konsert verdikdən sonra İstanbula qayıdarkən Sakarya ödəniş məntəqəsində baş verib.

Hadisə zamanı sənətçinin meneceri olan qardaşı Hızır Özen də avtomobildə olub. Onların maşını digər bir nəqliyyat vasitəsi ilə toqquşub. Qəza barədə məlumatı sosial şəbəkədə paylaşan Hızır avtomobillərin fotosunu yayımlayaraq "Tokatdan qayıdarkən Sakarya ödəniş məntəqəsində qəzaya düşdük. Çox şükür, yaxşıyıq" sözlərini yazıb.

Sinan Özen və qardaşının qəza nəticəsində xəsarət almadığı bildirilib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Sinan Özen qəzaya düşdü - (Foto)
Mənbə: news.milli.az