“Uşaq dünyaya gətirəndə ölümlə üz-üzə idim” - Nicatın xanımı

“Uşaq dünyaya gətirəndə ölümlə üz-üzə idim” - Nicatın xanımı
“Uşaq dünyaya gətirəndə ölümlə üz-üzə idim” - Nicatın xanımı

Aktyor Nicat Rəhimovun həyat yoldaşı Ülviyyə Rəhimova paylaşımları ilə diqqət çəkib.

OLAY yazır ki, o, instaqramda bu sözləri yazıb:

“Kiməsə “Niyə ikinci uşaq istəmirsiniz?”, “Aaaa, tək olacaq?”, “Bir uşaq uşaq deyil” deməzdən əvvəl düşünün. Bəlkə, sağlamlıq imkan vermir? Bəlkə, maddi vəziyyət imkan vermir? Bəlkə, mənəvi güc imkan vermir? Bəlkə, sadəcə istəmirlər?

Allah birini də saxlasın, yeddisini də. Əsas odur ki, bütün balalar sağlam, analı-atali böyüsünlər. Saleh bəndə və xeyirli övlad olsunlar!

Vallah, bacı, qardaş sahibi olmaq tək olmamağa zəmanət vermir. Bir uşaq olmaq da eqoist olmaq demək deyil!

Ən azı, bu dedikləriniz qeyri-etikdir. Həm də günahdır.

Mən uşaq dünyaya gətirəndə ölümlə üz-üzə idim. Göydə Allah, yerdə doktorum məni xilas etdi. Bəlkə, kiminsə də belə bir sarsıntısı və riski var? Onu da düşünün.

Mən ailəmin tək övladıyam və heç vaxt özümü tənha hiss etməmişəm. Məni sevən ailə, dostlar və qohumlar içində böyümüşəm. Tərbiyəm və savadımla da seçilmişəm, hər zaman çox sosial olmuşam. Baxmayaraq ki, bağçaya getməmişəm, bu da ayrı mövzudur.

Övlad olaraq da bir çox oğuldan, elə qızlardan da xeyirli övladam. Ümid edirəm.

Bu arada uşaqla bağlı story-lərdəki sözlər nə mənim, nə də yoldaşımın ailəsinə aiddir. Çox şükür, nə indi, nə də 6 il ərzində bu mövzuda heç bir problemimiz olmayıb”.

Qeyd edək ki, cütlüyün bir qız övladı var.

“Uşaq dünyaya gətirəndə ölümlə üz-üzə idim” - Nicatın xanımı
Mənbə: olay.az