Məşhur türk aktyorun son halı üzdü: “5 yox, sanki 15 yaş qocalıb” - (Foto)

Məşhur türk aktyorun son halı üzdü: “5 yox, sanki 15 yaş qocalıb” - (Foto)
Məşhur türk aktyorun son halı üzdü: “5 yox, sanki 15 yaş qocalıb” - (Foto)

Türkiyəli məşhur aktyor Nejat İşlərin son görüntüləri sosial şəbəkələrdə diqqət çəkib.

Milli.Az xəbər verir ki, sənətçinin beş il ərzində xarici görünüşündə baş verən dəyişiklik izləyicilərin müzakirəsinə səbəb olub.

Aktyorun əvvəlki və indiki görüntülərini müqayisə edən istifadəçilər onun xeyli dəyişdiyini bildiriblər. Bəzi izləyicilər bu fərqin beş ildən daha uzun müddət ərzində baş vermiş kimi göründüyünü qeyd ediblər.

Paylaşımlara şərh yazanlar arasında "5 yox, sanki 15 yaş qocalıb" fikrini səsləndirənlər də olub. Nejat İşlərin görünüşündəki dəyişikliklə bağlı rəylər sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
 

Məşhur türk aktyorun son halı üzdü: “5 yox, sanki 15 yaş qocalıb” - (Foto)
Mənbə: news.milli.az