Emin Ağalarov çəkiliş edib iddiaları təkzib etdi - VİDEO

Emin Ağalarov çəkiliş edib iddiaları təkzib etdi - VİDEO

Xalq artisti Emin Ağalarov sosial şəbəkədə sahibi olduğu istirahət mərkəzi ilə bağlı yayılan videoya aydınlıq gətirib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, instaqramda paylaşılan görüntülərdə məkandan Xəzər dənizinə nəsə axıdıldığı əks olunub. Müğənni, iş adamı abunəçilərini yalnız təsdiqlənmiş faktlara etibar etməyə çağırıb:

"Bu səhər internetdə məkan ərazisində bir boru vasitəsilə dənizə nəyinsə atıldığını göstərən videoya rast gəldim. Drenaj maşını necə işləyir? O, birbaşa marinadan su və qum vurur və müvafiq olaraq, onu dərinləşdirmək üçün böyük yaxtaların girə bilməsi üçün üç metr dərinliyə nail olmaq lazımdır.

Qumdan başqa gah gil, gah qumun qəhvəyi, gah da qara rənginə rast gəlirsən. Amma bu, bizim buradan bura köçürdüyümüz sudur. Burada heç bir qoxu yoxdur, bizim Xəzər dənizimiz burada tamamilə təmizdir. Biz sadəcə onunla işləyirik".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun