"Həmin müğənnini evli qadınlar toya çağırmır ki, ailə dağıdıb"

"Həmin müğənnini evli qadınlar toya çağırmır ki, ailə dağıdıb"

"Qalmaqallar bir çox müğənninin həyatına, işinə son qoyub. Bəzi müğənnilər var ki, qalmaqal edib, indi ailəli kişilər, qadınlar onları toya çağırmır. Təyyarədə oturduğu yerdə arvadı kişinin qolundan dartıb ki, onunla oturma, yolu ağlaya-ağlaya gəlib. Çünki həmin adamın qalmaqalı ailə dağıtmaq üstündə olub".

  • Pərvin Abıyevanın bahalı avtomobili - VİDEO
  • "Heç kim oturub ağıllı-ağıllı yazmasın ki..." 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri prodüser-aparıcı Tarix Əliyev (Tolik) "Xəbərin var?" verilişində deyib. O, aparıcıların verilişlərində yaratdığı qalmaqaldan danışıb:

"Bir çox müğənnilərin şəxsi həyatını sosial verilişlərdə ortaya qoyub bədbəxt edən aparıcılarımız var. Fakt bu gün bir çox müğənnilərin həyatında çörəyinə bais olub, bədbəxt ediblər. Nədi 10 günlük reytinq olacaq, 10 gün onlardan danışılacaq. İndi onlar əliqarğışlı gəzirlər. Ağlayırlar ki, bizi toya çağıran yoxdur. Mahnı oxuyurlar, partladır. Ancaq toya dəvət olunmurlar. Ad çəkmirəm, 3-4 belə müğənni var. Bilinir söhbət kimdən gedir. Onların karyerasına son qoyulub".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun