Brüs Uillisin dili tutuldu

Brüs Uillisin dili tutuldu
Brüs Uillisin dili tutuldu

Hollivudun məşhur aktyoru Brüs Uillisin səhhəti ilə bağlı yeni iddialar gündəmə gəlib.

Milli.Az xəbər verir ki, demensiya xəstəliyindən əziyyət çəkən 71 yaşlı aktyorun vəziyyətinin ağırlaşdığı və danışmaqda çətinlik çəkdiyi bildirilir.

Məlumata görə,  Uillis artıq ətrafında baş verənləri əvvəlki kimi dərk edə bilmir. Aktyorun hazırda ən böyük sevinci dondurma yemək, musiqi dinləmək və avtomobillə gəzintiyə çıxmaqdır.

Məşhur aktyor ailəsinin yaşadığı evin yaxınlığında yerləşən birmərtəbəli evdə qalır. Ona günün 24 saatı peşəkar baxım göstərilir.

İddialara əsasən, Uillisin baxımına hər ay 30 min dollardan, ildə isə 360 min dollardan çox vəsait xərclənir. Aktyorun sərvətinin təxminən 250 milyon dollar olduğu bildirilir.

Hollivuddakı bəzi dostları da artıq aktyoru əvvəlki qədər tez-tez ziyarət etmir.

Qeyd edək ki, Brüs Uillis 2022-ci ildə afaziya diaqnozu qoyulduqdan sonra aktyorluq karyerasını başa vurub. 2023-cü ildə isə ailəsi ona frontotemporal demensiya diaqnozu qoyulduğunu açıqlayıb. (lent.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Mənbə: news.milli.az