“Oktay Kaynarca ilə görüşməli idim...” - Pərvin Abıyeva

“Oktay Kaynarca ilə görüşməli idim...” - Pərvin Abıyeva
“Oktay Kaynarca ilə görüşməli idim...” - Pərvin Abıyeva

Aktrisa Pərvin Abıyeva açıqlaması ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, Nail Naiboğlunun təqdimatında yayımlanan "10+"da sənətçi Türkiyədən illər əvvəl gələn təklifdən danışıb:

"Pandemiyadan sonra sənət baxımından bəxtim bağlandı. Pandemiya qədər həddindən artıq çox film çəkilirdi. Bir ildə beş film qalam olurdu, hamısında mən baş rolda idim. Türkiyədə üç filmdə rol aldım. Sonuncu dəfə Oktay Kaynarca ilə görüşməli idim. "Eşkiya Dünyaya Hükümdar Olmaz" serialı üçün İstanbula getməyə hazırlaşırdım. Pandemiya başladı, yollar bağlandı, uçuşlar təxirə düşdü. Onunla da karyeram bitdi. Ondan sonra böyük layihəm olmayıb. Sənət üçün darıxıram. Bunun  günahı nə məndədir, nə başqasında. Bizdə kino o dərəcədə inkişaf etməyib. Kinonun inkişafı üçün böyük pullar lazım olacaq". (olay)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Mənbə: news.milli.az