Arif Mirzəyevlə vida mərasimi keçirildi

Arif Mirzəyevlə vida mərasimi keçirildi
Arif Mirzəyevlə vida mərasimi keçirildi

Almaniyanın Fulda şəhərində vəfat edən bəstəkar, orqan ifaçısı və pianoçu-improvizator, Əməkdar artist Arif Mirzəyin nəşi Azərbaycana gətirilib.

OLAY APA-ya istinadən yazır ki, hazırda Əməkdar artistlə Təzə Pir məscidində vida mərasimi keçirilib.

Vida mərasimində mədəniyyət nazirinin müavini, Xalq artisti Murad Hüseynov, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, mərhumun yaxınları iştirak edib.

Qeyd edək ki, o, “Qurd qapısı” qəbiristanlığında dəfn ediləcək.

Mənbə: olay.az