Ozan Güven “Aşk-ı Memnu”nun “Behlül”ü ola bilərmiş

Ozan Güven “Aşk-ı Memnu”nun “Behlül”ü ola bilərmiş
Ozan Güven “Aşk-ı Memnu”nun “Behlül”ü ola bilərmiş

Türkiyənin tanınmış aktyoru Ozan Güven qatıldığı "YouTube" proqramında maraqlı açıqlama verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, məşhur "Aşk-ı Memnu" serialındakı unudulmaz Behlül obrazının əvvəlcə məhz ona təklif edildiyini bildirib.

Aktyor həmin vaxt roldan niyə imtina etdiyini bu sözlərlə izah edib:

"O dövrdə yeni bir salon serialı çəkmişdim. İki mövsüm "İstanbul Masalı"nda oynamışdım. Eyni tərzdə başqa bir iş görmək istəmədim. Bir az da yorulmuşdum. Ali Ateş də yeni doğulmuşdu. Kıvanç da rolu olduqca gözəl oynadı".

Qeyd edək ki, Ozan Güvenin bu etirafı sosial mediada maraqla qarşılanıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Mənbə: news.milli.az