Bir müddət əvvəl aralarında yaşanan qalmaqala görə münasibətləri pozulan Aşıq Zülfiyyə və Aşıq Telli Borçalı yenidən barışıblar.
Milli.Az xəbər verir ki, Aşıq Zülfiyyə bu barədə MTV-də yayımlanan "MTV Maqazin" verilişinin "Radar" rubrikasında qonaq olarkən danışıb.
Sənətçi bildirib ki, qardaşının vəfat etdiyini eşidən Telli Borçalı dərhal onun yanına gələrək başsağlığı verib və bu ağır gündə mənəvi dəstəyini əsirgəməyib.
Aşıq Zülfiyyə qeyd edib ki, aralarında əvvəlki inciklik davam etsəydi belə, Telli Borçalının bu addımı onun üçün yenə də çox dəyərli olardı. O, həmçinin qarşı tərəfin qardaşlarına böyük sevgi bəslədiyini vurğulayıb.
Beləliklə, sənətçilər arasında uzun müddət davam edən incikliyin geridə qaldığı məlum olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
















