Bir neçə il əvvəl MS - dağınıq skleroz diaqnozu qoyulan müğənni İntizar Məmmədzadə səhhətindən danışıb.
Milli.Az xəbər verir ki, ifaçı "Qonaqcanlı" verilişində qonaq olarkən özünü hazırda yaxşı hiss etdiyini bildirib:
"Səhhətim yaxşıdır, keçdi-getdi. İndi hər şey yaxşıdır. Gərək üstünə düşəsən. Hər şeyə fikir vermək lazımdır. Bir dəfə müalicə olundum. Sonra həkimin təyin etdiyi müalicəni davam etdirmədim. Diqqət də etmirəm".
Qeyd edək ki, MS - iltihabi xəstəlik olub, baş və onurğa beynində sinir hüceyrələrinin örtük qişasının zədələnməsidir. (Axşam.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Mənbə:
news.milli.az
















