Supermodellər Cici və Bella Hadidin atası, 78 yaşlı fələstin əsilli amerikalı daşınmaz əmlak maqnatı Mohammed Hadid üçüncü dəfə evlənir.
Milli.Az xəbər verir ki, o, 43 yaşlı rus əsilli model və teleaparıcı Keni Silva ilə nikah masasına əyləşəcək.
Cütlük nişanlandıqlarını Dubayda keçirilən "Vogue Arabia Ball 2026: Art Edition" tədbirində elan edib. Gecədə qırmızı xalçaya çıxan Keni barmağında iri brilyant qaşlı nişan üzüyü ilə diqqət çəkib.
Model "Vogue Arabia"ya müsahibəsində nişan xəbərlərini məhz bu tədbirdə açıqlamağı seçdiyini bildirib.
Keni Silvanın sözlərinə görə, Mohammed Hadid ona Beverli-Hillzdə məşhur restoranda evlilik təklifi edib. Təklif model üçün tamamilə gözlənilməz olub. Hadid ona gözəl geyinməsini deyərək birlikdə hansısa hadisəni qeyd edəcəklərini bildirib. Keni isə bunun öz peşəkar uğurları ilə bağlı olduğunu düşünüb.
Mohammed Hadid isə Keniyə ilk baxışdan aşiq olduğunu etiraf edib.
Qeyd edək ki, Mohammed Hadidin 6 övladı var. (Axşam.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

















