Aygün Kazımovanın adından dələduzluq - Saxta bilet satırlar

Aygün Kazımovanın adından dələduzluq - Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliçanın avqustun 10-da konsert verəcəyi elanını yazıb. O, hətta saxta elanın Heydər Əliyev Mərkəzinin həyətində keçiriləcəyini bildirib. 

Səhifədə bilet satışı gerçəkləşdirilir. Dələduzlar biletlərin 15-35 manat arası satıldığını yazıb. Hətta fanatlardan Aygün Kazımova ilə şəkil çəkdirmək üçün pul da istənilib.

Kazımovanın komandası bildirir ki, konsert anonsu saxtadır, dələduzlara aldanmayın. Pop kraliça həmin tarixdə konsert verməyəcək. Aygün Kazımova verəcəyi konsertlərin anonsunu öz rəsmi səhifəsində yayımlayır. 

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun