Rusiya Federasiyasının Ədliyyə Nazirliyi müğənni Alla Puqaçovanın xarici agentlər siyahısına əlavə edilməsi üçün heç bir əsas tapmayıb.
Milli.az axşam.az-a istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirinin müavini Oleq Sviridenko deputat Aleksey Juravlevə cavab məktubunda yazıb:
"Hazırda Rusiya Ədliyyə Nazirliyinin sərəncamında mövcud qanunvericiliyin bu öhdəliklərin baş verməsini (xarici agent kimi tanınma) ilə əlaqələndirdiyi halların mövcudluğu barədə nəticə çıxarmağa imkan verən məlumat yoxdur".
O əlavə edib ki, xarici agentin əlamətləri aşkar olunarsa, Puqaçova reyestrə daxil ediləcək.
Qeyd edək ki, eputat Aleksey Juravlev müğənninin xarici agentlər siyahısına əlavə edilməsi üçün müraciət etmişdi.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun