“Mənə xəyanət olunanda günahı özümdə axtardım” - FOTO

“Mənə xəyanət olunanda günahı özümdə axtardım” - FOTO

İnfluenser Asya Aslanova növbəti dəfə keçmiş həyat yoldaşı Fuad İsmayılovla bağlı açıqlama verib.

  • Fuad bağışlanmaq üçün içkili halda Asyanın evinə getdi

Milli.Az olay-a istinadən bildirir ki, bu barədə o, Sura Hüseynin yutub layihəsində danışıb. O, münasibətlərinin bitmə səbəbindən söz açıb:

"Sevgini bitirən hər dəfə özünü izah etmək məcburiyyətində olmaq, səhv anlaşılmaq, sənə edilən yanlışlardır. Bu da soyuma yaradır. Bir də ayılırsan ki, hisslərin bitib, münasibəti davam etdirmək istəmirsən. Fuadın başdan sona, biz ayrılana qədər doğması kimi çox istədiyini bilirdim. Bizim sevgi anlayışlarımız fərqlidir. Məsələn, Fuad deyir ki, elə insanlar var ki, sevgisini başqa cür göstərir. Mən buna inanmıram. Mənə görə bir adamı sevirsənsə, onu göstərirsən hiss etdirirsən. Sevginin mahiyyəti budur, göstərmək hiss etdirmək.

Necə yəni, sevgimi göstərə bilmirəm. Fuadın məni çox istədiyini bilirəm, mən də onu çox istəyirəm. Ayrı olsaq da.. Xəyanətdən sonra dəyişdim. Mən əslində güclü olmaq istəməmişəm, demişəm, zəif olum, amma xoşbəxt olum. Mənə xəyanət olunanda özümü çox zəif, kompleksli hiss etməyə başladım. Düşündüm ki, məndə nəsə yetərli deyil. Günahı qarşımdakında yox, özümdə axtardım. Bir çox xanım düşünür ki, problem onun özündədir. Amma belə deyil. Bizim qarşımızdakı insanın maddiyyatı aşağı olsa da, görünüşü dünya standartlarında olmasa da, biz onu seviriksə, xəyanət etmirik".

Qeyd edək ki, keçmiş cütlüyün iki övladı var.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun