Məşhur musiqiçi Puqaçova ilə bağlı inanılmaz həqiqəti açıqladı

Məşhur musiqiçi Puqaçova ilə bağlı inanılmaz həqiqəti açıqladı

Məşhur musiqiçi Vyaçeslav Malejik Alla Puqaçova haqqında bu günə kimi səsləndirilməyən həqiqətləri açıqlayıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, o, müğənninin Rusiyadan getməsindən də danışaraq, "beyninin yuyulduğunu" söyləyib.

"Sevilən müğənni Alla Puqaçova rəqibləri ilə daima mübarizə aparıb, ən məşhur musiqiçilərin hitlərini alıb", - Vyaçeslav Malejik RTVI-nin "Əfsanə" proqramında deyib.

Musiqiçinin sözlərinə görə, sənətçi onun da musqilərinə müraciət edib.

Malejik etiraf edib ki, o, Puqaçova ilə dost olub. Alla bütün İttifaqda məşhurlaşdıqda, digər sənətçilər almasın deyə potensial hitləri özü əldə edib. "O, təkcə bəyəndiyi mahnıları deyil, həm də kiminsə hit ola biləcəyi mahnılarını alırdı".

Musiqiçi deyib ki, Puqaçova ondan "200 il" mahnısını götürüb, amma bu günə kimi oxumayıb, sadəcə "masasına qoyub". "Həmin mahnını niyə oxumadığını Allah bilir", - musiqiçi qeyd edib.

Malejik Puqaçovanın Rusiya Federasiyasını tərk etməsindən də danışıb. Onun sözlərinə görə, SSRİ xalq artisti "təsir altındadır", "beyni yuyulub".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun