AzTV-nin hələ də film və ya serial deyə dəqiqləşdirə bilmədiyi “Azərbaycan Atabəyləri” layihəsində daha bir neçə aktyorun hansı rolu oynayacağı bəlli olub.
OLAY yazır ki, obraz fotoları “Azərbaycan Atabəyləri”nin rəsmi instaqram hesabında yayımlanıb.
Bildirilir ki, Şəmsəddin Eldəniz rolunda dünya və Avropa çempionumuz Zabit Səmədov həyat verəcək.
Xalq artisti Mehriban Zəki Şəmsəddin Eldənizin zövcəsi Möminə Xatun rolunu oynayacaq.
Qara Sunqur obrazını canlandıran aktyorumuz İlqar Mehtidir.
Məhəmməd Cahan Pəhləvan rolunda Əməkdar artist Bəhruz Vaqifoğludur.
Arslan Şah obrazına isə aktyor Tural Əhməd həyat verəcək.
Bundan başqa, serialda Türkay Cəfərli, Günay Əhməd, Jalə Həsənli və başqaları rol alıb.
Ekran işinin 50-60 dəqiqə olması planlaşdırılır. Layihə yeni mövsümdən AzTV-də yayımlanacaq.