“Universitetə qəbul olsam da, pulsuzluqdan oxuya bilmədim”

“Universitetə qəbul olsam da, pulsuzluqdan oxuya bilmədim”

“1-ci sinifdən 11-ci sinifə kimi əlaçı olmuşam. Birinci sırada, partada əyləşmişəm. “Sinifkom” olmuşam, bütün sinif yoldaşlarımı idarə etmişəm. Müəllimlərin sözlərinə görə, sözün əsl mənasında çox yaxşı şagird olmuşam”.

OLAY yazır ki, bu sözləri müğənni Türkan Vəlizadə qonaq olduğu “Günə bax” verilişində deyib.

Sənətçi bildirib ki, 16 il əvvəl ödənişli əsaslarda universitetə qəbul olsa da maddi imkansızlıqdan o təhsilini davam etdirməyib:

“Bakı Dövlət Universitetinə qəbul oldum. Amma ödənişli əsaslara qəbul olduğum üçün getmədim. Maddi imkanımız o zamanlar yox idi. Bir neçə bal əksik oldu. Təəssüf ki, təhsilimi sona kimi başa vura bilmədim. İndiki zaman olsaydı oxuyardım. Amma hansı fakültetə qəbul olduğum əfsuslar olsun ki, yadımda deyil. Mən 2008-ci ildə universitetə qəbul olmuşam. Verdiyim imtahanların cavabları çıxdı və gördüm ki, mən ödənişli əsaslara qəbul olmuşam. Sənədlərimi dördüncü qrupa vermişdim. 34 yaşım var. Mən Xalq artisti Nazpəri Dostəliyevaya dedim ki, təhsilimi davam etdirmək istəyirəm. Mədəniyyət və İncəsənət Universitetinə qəbul olmaq istəyirəm. O mənə söylədi ki, mən sənə kömək edərəm. Mənə düzgün istiqamət verəcək. Fikrim var ki, gələn illərdə sənədlərimi həmin universitetə verim”.