Türkiyəli məşhur aktyor Haluk Bilginerin "Emmy" mükafatına namizədliyi irəli sürülüb.
Milli.Az baku.ws-ə istinadən bildirir ki, onun rol aldığı "Safir" serialı "Emmy" Dünya Televiziya Festivalında digər ekran işləri ilə mübarizə aparacaq.
Aktyor özü isə "Ən yaxşı kişi aktyor" nominasiyasında yarışacaq.
Yarışma 22-24 noyabr tarixlərində Nyu Yorkda baş tutacaq.
Ümumilikdə 21 ölkədən 56 namizəd 14 kateqoriyada iştirak edəcək.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun