2024-cü ildə Parisdə keçiriləcək Olimpiadanın təşkilatçıları irimiqyaslı dələduzluqda ittiham olunurlar.
OLAY yazır ki, buna səbəb Kanadalı müğənni Selin Dionun Olimpia oyunlarının açılış mərasimində çıxışı olub.
Belə ki, ulduzun çıxış videosunu diqqətlə izlədikdən sonra mütəxəssislər bildiriblər ki, mahnı canlı deyil fonoqramla ifa olunub.
Mütəxəssislərin fikrincə, Dionun nömrəsi əvvəlcədən lentə alınıb və sonra canlı yayım zamanı səsyazma sadəcə işə salınıb. Üstəlik, tənqidçilər əmindirlər ki, Seline fonoqram oxuyub.
Fransanın nüfuzlu “Liberation” qəzeti bir neçə musiqi sənayesi mütəxəssisinin fikirlərinə istinad edərək iyulun 26-da “canlı” çıxışın sadəcə səsyazma olduğunu məlumatını dərc edib.
Adının açıqlanmasını istəməyən səs mühəndisi “ Bu, yüz faiz fonoqram idi. Onu ilk notlardan belə diqqətlə dinləyərək eşidə bilərsiniz” söyləyib. Digər ekspertlər Dionun çıxış nömrəsinin “şübhəsiz” əvvəlcədən çəkilib sonra isə nümayiş edildiyini bildiriblər.
Qalmaqal yarandıqdan sonra 2024-cü ildə Parisdə keçiriləcək Oyunların təşkilatçıları jurnalistlərin suallarını cavablandırmaqdan imtina ediblər. Baxmayaraq ki, onlar əvvəllər Dionun çıxışının həqiqətən canlı olduğunu israr edirdilər.
Həmçinin bəlli olub ki, Dion bu çıxışına görə 2 milyon dollar qonorar alıb.
Qeyd edək ki, Selin Dion əzələlərin sıxılmasına səbəb olan, tez-tez şiddətli spazmlarla müşayiət olunan nadir nevroloji sağalmaz xəstəlikdən əziyyət çəkib. Bu haqda sənətçi ictimaiyyətə ilk dəfə 2022-ci ildə məlumat verib. Həkimlərin hökmündən bir neçə ay sonra sənətçi dünya turnesi çərçivəsində planlaşdırılan onlarla konsertini ləğv edib.