ABŞ-də qızğın seçki keçirilir və hətta səsvermə hüququ olmayanlar da öz mövqelərini bildirmək fürsətini əldən vermirlər. Məşhur müğənni Rihanna ABŞ vətəndaşlığının olmamasına baxmayaraq, bu məsələyə yumorla yanaşıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı müğənni "Instagram" hesabında avtomobilin pəncərəsindən düşüncəli baxışla baxdığı videonu paylaşıb.
"Oğlumun pasportu ilə seçkiyə girməyə çalışıram", - Rihanna zarafatla yazıb.
Pərəstişkarları onun yumorunu yüksək qiymətləndirib və şərhlərdə onu dəstəkləyiblər. Çoxları Rihannaya ikili vətəndaşlıq haqqında düşünməyi təklif edib ki, gələcəkdə o, şəxsən seçkidə iştirak edə bilsin.
(function(containerId) { if (typeof window.loadAdVideoZL === 'undefined') { window.loadAdVideoZL = new Promise((resolve, reject) => { import('/vast_test/main.js?20241023005') .then(module => { window.initAdVideoZL = module.default; resolve(window.initAdVideoZL); }) .catch(reject); }); } window.loadAdVideoZL.then((initAdVideoZL) => { initAdVideoZL(containerId); }); })('ad-video-container-672b3e3ccf278');Qeyd edək ki, Rihanna Barbadosdandır və şəxsən seçkidə iştirak edə bilməsə də, amerikalıları fəal şəkildə səs verməyə təşviq edir.
Milli.Az