Xərçəngdən əməliyyat olunan Sevda Əliqızıdan xəbər var

Xərçəngdən əməliyyat olunan Sevda Əliqızıdan xəbər var

Xəbər verdiyimiz kimi, süd vəzi xərçəngindən əziyyət çəkən müğənni Sevda Əliqızı noyabrın sonlarında əməliyyat olunub. 

Milli.Az bildirir ki, sənətçinin hazırkı vəziyyətinin necə olduğunu öyrənmək üçün Bizim.Media-nın əməkdaşı Sevda ilə əlaqə saxlayıb. 

S.Əliqızı müalicələrini davam etdirdiyini söyləyib: 

"Səhhətim günü-gündən yaxşılaşır. Müalicələrimi davam etdirirəm. Bir az əvvəl həkim qəbulunda idim. İndi isə evə gedirəm. Şükürlər olsun ki, aldığım müalicələr müsbət nəticə verir". 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun